SON XƏBƏRLƏR

Amerika və İsrail İranın rabitə nazirinin Qasım Süleymanini müdafiə etməsinə reaksiya verib

2021.10.20, 07:36
Amerika və İsrail İranın rabitə nazirinin Qasım Süleymanini müdafiə etməsinə reaksiya verib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti və İsrailin Xarici İşlər Nazirliyinin fars dilində fəaliyyət göstərən rəsmi “Twitter” səhifələri İranın rabitə naziri Məhəmməd Cavad Azəri Cəhrominin “Sepah”ın “Qüds Briqadası”nın komandanı Qasım Süleymanini dəstəkləyən paylaşımına reaksiya veriblər.

 

Bu həhtə Qasım Süleymaninin “İnstagram” hesabının bağlanması ilə bağlı paylaşım edən İsrail XİN-in “Twitter”də fars dilində fəaliyyət göstərən səhifəsinə reaksiya verən Cəhromi yazıb: “Bir insanın ağzın bağlamaqla onun yalançı olduğunu sübut etmirsən. Əksinə, dünyaya bildirirsən ki, onun deyə biləcəyi şeylərdən qorxursan.”

 

İranın rabitə nazirinin bu fikirləri “Twitter”də iranlı istifadəçilər tərəfindən də etirazla qaşılaşıb. Cəhrominin paylaşımına münasibət bildirən iranlılar onun özünün ifadə azadlığını kəskin şəkildə pozduğunu, “Facebook”, “Twitter” və “Telegram” kimi müxtəlif sosial şəbəkələrə girişi məhdud saxladığını yazıblar.

 

Amerikanın Dövlət Departamentinin farsdilli “Twitter” səhifəsi Səttar Behiştinin şəklin yerləşdirərək, iranlı nazirin yazdıqların və sonda “sizin fikirləriniz?” yazıb.

 

Bloqqer olan Səttar Behişti 7 il bundan öncə öz siyasi fəaliyyətlərinə görə həbs edilmiş və Evin həbsxanasında məruz qaldığı işgəncələr səbəbindən ölmüşdü. Bu qətllə bağlı başlanılmış cinayət işi üzrə bu günə qədər heç kim həbs edilməyib. Dövlət Departamentinin onun şəklini yerləşdirərək, Cəhrominin sözlərini təkrar yazması kinayə məqsədi daşıyır.

 

İsrail XİN-in səhifəsi isə Cəhromiyə cavabında yazıb: “Siz İranda Facebbok və Twitter-ə girişə məhdudiyyət qoyaraq, milyonlarla iranlının ağzını bağlayanda onların deyə biləcəklərindən qorxursunuz.”

 

Qeyd edək ki, İran söz azadlığı və mətbuatın ən çox repressiyaya məruz qaldığı ölkələrdəndir. Sərhədsiz Reportyorlar Təşkilatının bu həftə dərc etdiyi son hesabatda, İran mətbuat azadlığı sahəsində 180 ölkə içərisində 170-ci yerdə qərarlaşıb, eləcə də jurnalistlərin həyatı üçün təhlükəli olan 11 ölkədən 1-i kimi dəyərləndirilib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar