SON XƏBƏRLƏR

“Sepah” komandanlarından olan Əli Nəsirinin məxfi sənədlərlə Amerikaya qaçdığı barədə məlumatlar yayılıb

2021.10.20, 07:36
“Sepah” komandanlarından olan Əli Nəsirinin məxfi sənədlərlə Amerikaya qaçdığı barədə məlumatlar yayılıb

Gunaz.tv

GünAz TV: İrandan xaricdə fəaliyyət göstərən agentliklər “Sepah”ın daxili təhlükəsizlik şöbəsinin komandanı, general Əli Nəsirinin məxfi sənədlərlə birlikdə Amerikaya sığındığı ilə bağlı məlumat yayıblar.

 

Məlumatlara əsasən, o, “dini lider” Əli Xamneyinin nümayəndəsi Hüseyn Taiblə aralarında yaranan münaqişələrə görə ölkədən qaçıb. Nəsirinin Yaxın Şərq ölkələrindən birində ABŞ səfirliyinə sığındığı deyilir.

 

Agentliklər həmçinin bildirirlər ki, sabiq komandan özü ilə İranın nüvə və raket proqramı, eləcə də ölkənin diplomatik korpuslarında diplomat adı ilə fəaliyyət göstərən casuslarının şəxsi məlumatlarını əhatə edən məxfi sənədləri də ölkədən çıxarıb. Onların Amerikaya təqdim edildiyi ehtimal edilir.

 

İran tərəfi isə məsələni təkzib etsə də, rəsmi agentliklərdə Əli Nəsirinin daxili təhlükəsizlik idarəsi rəhbərliyindən uzaqlaşdırıldığı, onun əvəzinə Fəthullah Cümeyrinin təyin edildiyi barədə xəbərlər dərc edilib. “Sepah”a bağlı xəbər agentliyi olan “Təsnim” Əli Nəsiridən müsahibə aldığını və onun ölkədə olduğu və “yeni təyinat”ını gözlədiyini iddia edib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar