SON XƏBƏRLƏR

Azərbaycan idmançısı dünya çempionu olub

2021.10.20, 07:36
Azərbaycan idmançısı dünya çempionu olub

Gunaz.tv

GünAz TV: Azərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub.

 

Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız İspaniyanın Pontevedra şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

R.Pevtsov həm də payızda Amerika Birləşmiş Ştatlarının San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.

 

R.Pevtsov yarışın 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın 2,5 kilometr məsafəyə qaçış mərhələsində isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.

 

İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar