SON XƏBƏRLƏR

İranın Marağa şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Marağa şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkuma çıxarılan ölüm hökmü üç gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə baş vermiş bir davada istəmədən qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 34 yaşlı məhkum Şahin Səmədi, mayın 4-ü sübh saatlarında Marağa zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar