SON XƏBƏRLƏR

“Traxtur” növbəti rəqibini şənbə günü qəbul edəcək

2021.10.20, 07:36
“Traxtur” növbəti rəqibini şənbə günü qəbul edəcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində daha bir önəmli yarışa hazırlaşır.

 

İran üzrə futbol klublarının 18-ci super liqa yarışlarının 29-cü həftəsində “Traxtur” klubu “Pars Cənubi Cəm” komandasını qəbul edəcək.

 

Görüş şənbə günü, mayın 11-i yerli vaxtla saat 21:30-da Təbrizin səhənd stadionunda baş tutacaq.

 

“Traxtur”-“Par Cənubi Cəm” görüşünü canlı olaraq GünAz TV-nin ekranından izləyə bilərsiniz.

 

18-ci super liqa yarışlarının yekunlaşmaq üzrə olduğunu və “Traxtur” komandasının çempion olmaması üçün qurulan ssenarini də nəzərə aldıqda bu görüş komanda tərəfdarları və klub üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də stadiondan çox sayda soydaşımızın tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar