SON XƏBƏRLƏR

Türkiyə öz limanlarını İran neftini daşıyan gəmilərin üzünə bağlayıb

2021.10.20, 07:36
Türkiyə öz limanlarını İran neftini daşıyan gəmilərin üzünə bağlayıb

Gunaz.tv

GünazTV: Türkiyə Amerikanın İrana qarşı sanksiyalarına riayət edərək, öz limanlarını İran neftini daşıyan gəmilərin üzünə bağlayıb. Bu barədə “Röyters” agentliyi mayın 21-də məlumat yayıb.

 

Bildirilir ki, son bir ayda İran neftini daşıyan heç bir gəmi Türkiyə limanlarına buraxılmayıb. Türkiyə, Amerikanın İrandan neft alan 8 ölkəyə alternativ variant tapmaq üçün istisna olaraq, 6 ay vaxt verdiyi ölkələrdən biri idi. Həmin müddət başa çatandan sonra, Türkiyənin ən böyük neft emalı zavoduna malik Tüpraş şirkəti vaxtın yenidən uzadılması məqsədi ilə Amerika hökumətinə  müraciət etsə də, rəsmi Vaşinqton, möhlətin yenidən uzadılmasına razılıq verməyib.

 

Qeyd edilir ki, Amerikanın Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan əvvəl, İran rejimi Türkiyənin neftə olan ehtiyacının 15 faizini təmin edirdi. “Röyters” agentliyinin müxtəlif mənbələrə istinadən yaydığı xəbərə əsasən, Amerikanın sanksiyalarının gücləndirilməsindən sonra İranın gündəlik neft ixracatı 500 min bareldən aşağı düşüb.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar