SON XƏBƏRLƏR

Cozef Dunford: “Amerika İranın təxribatçı addımları qarşısında tərəddüd etməyəcək”

2021.10.20, 07:36
Cozef Dunford: “Amerika İranın təxribatçı addımları qarşısında tərəddüd etməyəcək”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi Cozef Dunford bildirib ki, ölkəsi İranın təxribatçı addımlarına qəti cavab vermək istiqamətində tərəddüd etməyəcək.

 

O, bu sözləri dünən NATO-nun toplantısında ABŞ-ın may ayı ərzində Yaxın Şərqə göndərdiyi hərbi texnikaların hədəfini açıqlayarkən deyib.

 

Cozef Dunfordun sözlərinə görə, Birləşmiş Ştatlar İrana törətdiyi provokativ addımların miqyasına uyğun olaraq, tərəddüd etmədən cavab verəcək.

 

O, həmçinin ABŞ-ın son addımlarının İrana hücum etmək məqsədi daşımadığını, əksinə, bu qərarların regionda olan amerikalı hərbçilərin qorunması üçün qəbul edildiyini deyib.

 

Xatırladaq ki, Amerika may ayının əvvəllərində İran təhdidlərinə açıq mesaj vermək məqsədi ilə körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi və B-52 tipli strateji bombardımançıların göndərildiyini bəyan etmişdi. Bunun ardınca, ayın ortalarında rəsmi Vaşinqton regiona Patiot zenit-raket komplekslərinin də göndərildiyi barədə məlumat yaymışdı.

 

Baxmayaraq ki, ABŞ bu addımları müdafiə xarakterli adlandırır, lakin iki ölkə arasında müharibə riski yüksək səviyyədədir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar