SON XƏBƏRLƏR

Amerika İrandan Suriyaya neft ixracatını həyata keçirən şəxsə sanksiya tətbiq edib

2021.10.20, 07:36
Amerika İrandan Suriyaya neft ixracatını həyata keçirən şəxsə sanksiya tətbiq edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi Bəşər Əsəd rejimi ilə əlaqəsi olan Suriyanın 16 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

 

Sanksiya tətbiq edilənlər arasında İrandan Suriyaya neft ixracatını təşkil edən Samir Əlfoz adlı şəxs də var.

 

Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, qeyd edilən şəxs Bəşər Əsəd hakimiyyətini dəstəkləməklə, böyük imtiyazlar və maliyyə vəsaiti əldə edir. Belə ki, o, döyüş gedən bölgələrdən qaçan əhalinin mənzil və torpaqlarını mənimsəyir, bunun əvəzində lüks yaşayış kompleksləri tikdirir.

 

Samir Əlfoz 312 milyon dollardan çox büdcəsi olan “Əman” şirkətlər qrupunun rəhbəridir. ABŞ Maliyyə Nazirliyi Samir Əlfozla birlikdə ona bağlı olan bütün şəxslərə qarşı sanksiyalar qəbul edib.

 

Xatırladaq ki, bir neçə ay bundan öncə Avropa İttifaqı da Samir Əlfoz və ona bağlı 14 müəssisəyə qarşı analoji səbəbdən sanksiyalar qəbul etmişdi.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar