SON XƏBƏRLƏR

Urmiyə və Sulduzda iki güney azərbaycanlı fəal saxlanılıb

2021.10.20, 07:36
Urmiyə və Sulduzda iki güney azərbaycanlı fəal saxlanılıb

Gunaz.tv

GünAz TV: İki güney azərbaycanlı milli-mədəni fəal iyunun 22-də Urmiyə və Sulduz şəhərlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Səccad Şəhiri və Musa Ziyagərgərinin yaxalandıqdan sonra naməlum istiqamətə aparıldığı bildirilir.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri Sulduzda Musa Ziyagərgərinin evinə hücum çəkərək onu saxlayıb, fəalın evində axtarış aparıldığı bildirilir.

 

Urmiyədə tutulan Səccad Şəhirinin isə hansı şəraitdə saxlandığı barədə dəqiq məlumat yoxdur.

 

Deyilənlərə görə, hər iki fəal yaxalanmadan öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlanma ilə təhdid edilib.

 

Fəalların hansı səbəbdən saxlandığı hələlik bilinmir. Bu barədə saytımızda ətraflı məlumat yayılacaq.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar