SON XƏBƏRLƏR

“Urmu gölünün quruması kənd təsərrüfatı üçün böyük təhlükədir”

2021.10.20, 07:36
“Urmu gölünün quruması kənd təsərrüfatı üçün böyük təhlükədir”

Gunaz.tv

GünAz TV: İsti fəsilin başlaması və Urmu gölünə daxil olan suların məhdudlaşdığı bir vaxtda kənd təsərrüfatı nazirinin müavini gölün qurumasının yarada biləcək təhlükələr barədə xəbərdarlıq edib.

 

Abbas Keşavərz bu barədə Qoşaçay Toxum Emalı Müəssisələrinə baş çəkərkən danışıb.

 

“Urmu gölünün qorunub saxlanması böyük əhəmiyyət daşıyır. Göl quruyarsa, duz zərrəcikləri ətraf ərazilərə yayılacaq və bu məsələ Qərbi Azərbaycanın kənd təsərrüfatı üçün böyük təhlükə sayılır.”- deyə o bildirib.

 

İsti fəsil başladıqdan sonra bir neçə həftədir ki, göldə yaşayan “Artemiya Urmiyana”nın sayı azalmağa başlayıb. Artemiya olmasa, flaminqolar da gölü tərk edir. Ona görə də göldə suyun azalması ciddi məsələdir və bu proses isti fəsildə suyun buxarlanması ilə sürətlənir.

 

Bu vəziyyət Urmu gölü ətrafında yerləşən yüzlərlə kəndin içməli suyunun şorlaşmasına da təsir göstərir. Gölün quruması ilə ətraf ərazilərə yayılan duz zərrəcikləri kənd təsərrüfatı ilə yanaşı insan həyatına da ciddi təhlükə yaratdığı üçün nəticədə ətraf ərazilərdə yaşayan əhali digər məntəqələrə köçmək məcburiyyətində qalacaq. Bütün bu problemləri aradan qaldırmaq üçün dövlətin önləyici tədbirlər alması lazımdır, lakin uzun illərdir bu sahədə heç bir əməli addım atılmayıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar