SON XƏBƏRLƏR

Şirazda daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Şirazda daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılan daha 1 nəfər edam edilib. Məhkuma çıxarılan ölüm hökmü dörd gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl naməlum səbəbə görə baş verən bir davada qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan gənc məhkum Arəş Şah Hüseyni, iyulun 22-si sübh saatlarında Şirazın Adilabad zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar