“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
GünAz TV: Festivala minlərlə yerli və xarici turist qatılıb.
Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, iyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.
Festivalın açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədinin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Kənd Təsərrüfatı naziri İnam Kərimov isə çıxışında festivalın önəmindən danışıb. Qeyd edib ki, çoxsaylı qonaqların ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması bu festivalın gələcəyindən xəbər verir. Nazir Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkəmizdə azsaylı xalqların mehriban, dinc yanaşı yaşadığını diqqətə çatdırıb. Bildirib ki, bu gün sabitlik adası olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən inkişaf edən dövlətlərindən biridir. “Milli Yaylaq Festivalının təşkil olunması Azərbaycanın, dövlətimizin öz tarixinə, adət-ənənələrinə bağlılığının, dəyər verməsinin təcəssümüdür. Festivala respublikamızdan, o cümlədən qonşu ölkələrdən çox dəyərli qonaqlar təşrif buyurublar. Bu tədbir təkcə Gədəbəyin deyil, Azərbaycanın gözəlliklərini, onun diyarlarını, təbiətini nümayiş etdirmək üçün bir fürsətdir. Hesab edirəm ki, festival iştirakçıları Gədəbəyin füsunkar təbiətinə heyran qalacaq və bu regionun daimi qonaqları olacaqlar. Bu festival, həmçinin Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir. Bu tədbirdə ölkəmizlə yanaşı, Türkiyənin aidiyyəti qurumları da təşkilatçıdır. Milli Yaylaq Festivalı, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü və nümayişidir. Hesab edirəm ki, birinci Milli Yaylaq Festivalı növbəti illərdə daha da möhtəşəm olacaq”, - deyə nazir İnam Kərimov bildirib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb. Festivalın iştirakçılarda zəngin təəssürat doğuracağına əminliyini bildirən T.Tiryaki qeyd edib ki, ilk Milli Yaylaq Festivalına minlərlə iştirakçının, o cümlədən yerli və xarici turistin qatılması bu festivalın davamlı olacağından və öz məqsədinə çatacağından xəbər verir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışıblar.
Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar”.
Bilal Ərdoğan qeyd edib ki, mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik: “Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar. Dünya Etnoidman Konfederasiyası olaraq, bu mesajı sadəcə türk dünyasında deyil, dünyanın hər bir yerində veririk. Hər bir xalq, millət öz milli idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir. İnşallah konfederasiyamız həm Azərbaycanda milli idman növlərinin inkişafına dəstək göstərər, həm də Azərbaycan ictimaiyyətinin bu məsələyə marağını çəkməsinə vəsilə olar. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək istəyirik. Bugünkü gün bu baxımdan xoş bir başlanğıc olsun”.
Açılış mərasimindən sonra tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər.
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.
Festival şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarətdir.
Milli Yaylaq Festivalı günlərində mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq.
Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunacaq.
Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb.
Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar. Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək və dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunacaq.













N.S
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir