SON XƏBƏRLƏR

Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir

2021.10.20, 07:36
Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir

Gunaz.tv

GünAz TV: Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir.

 

Trend-in məlumatına görə, bu barədə “Eurostat”ın hesabatında deyilir.

 

Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir.

 

Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) və İslandiya (8 faiz) yer alıb.

 

25-29 yaşlı gənclərin ən aşağı faizi isə İspaniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir.

 

Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar