SON XƏBƏRLƏR

İranda hərbi təyyarə qəzaya uğrayıb

2021.10.20, 07:36
İranda hərbi təyyarə qəzaya uğrayıb

Gunaz.tv

GünazTV: İran ordusunun hava qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə İranın hökumət saytları avqustun 4-də məlumat yayıb.

 

Yayılan məlumata əsasən, hadisə avqustun 4-ü, yerli vaxtla saat 12:30 radələrində İranın Buşehr əyalətində, Təngistan şəhərinin Delvar sahilinin 500 metrliyində baş verib. Bildirilir ki, sınaq uçuşları həyata keçirən hərbi təyyarə uçuş zamanı gözlənilmədən yaranmış texniki nasazlıq üzündən dənizə düşüb. Qəza nəticəsində ölən olmayıb və təyyarənin pilotu və onun köməkçisi hadisədən sağ çıxa biliblər.

 

Təyyarənin növü və tipi barədə hər hansı bir məlumat yayılmayıb. Qəzanın səbəbləri araşdırılır.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar