SON XƏBƏRLƏR

19-cu super liqa yarışları başlayır – “Traxtur” komandası “Neft”lə qarşılaşacaq

2021.10.20, 07:36
19-cu super liqa yarışları başlayır – “Traxtur” komandası “Neft”lə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: İran üzrə futbol klublarının 19-cü super liqa yarışları bu həftədən start götürür.

 

Güney Azərbaycanın “Traxtur” futbol komandası növbəti mövsümün birinci həftəsində “Məscid Süleyman” şəhərinin Neft komandasının qonağı olacq.

 

Oyun avqustun 22-i Təbriz vaxtı ilə saat 20:15-də başlayacaq.

 

“Traxtur”-“Neft” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, Azərbaycan klubu yeni mövsümdə çempion olmağı planlaşdırır. Bu məqsədlə komandaya bir neçə xarici və ölkə daxilindən olan güclü oyunçular transfer edilib.

 

19-cu super liqa yarışlarında “Traxtur” komandasını Türkiyədən olan məşhur baş məşqçi Mustafa Dənizli çalışdıracaq.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar