SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın yerli olmayan valisi Urmiyənin mərkəzində yerləşən tarixi məkanı iraqlı kürdə buraxıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanın yerli olmayan valisi Urmiyənin mərkəzində yerləşən tarixi məkanı iraqlı kürdə buraxıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın mərkəzi şəhəri olan Urmiyədə tarixi məkan kürd kökənli vali Məhəmməd Mehdi Şəhriyari tərəfindən iraqlı bir kürdə buraxılıb.

 

“Məscid-i Came”nin ətrafındakı ərazinin Novruzi adlı radikal bir kürdə buraxıldığı bildirilir.

Novruzi İraqın Ərbil şəhərindəndir.

 

Məlumata görə, vali geniş sahəni ticarət mərkəzi tikmək bəhanəsi ilə xarici şəxsin ixtiyarında qoyub.

 

Urmiyədə oxşar hadisələrə ötən illərdə də rast gəlinib. Ötən il Urmiyə şəhərinin bir qrup əsnafı etiraz məktubu yazaraq parking kimi istifadə olunan böyük bir ərazinin ticarət mərkəzi tikmək bəhanəsi ilə müəyyən şəxslərə ötürülməsinə etiraz bildirmişdir.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Yerli olmayan vali hər zaman Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyi ilə seçilib, o bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq qərarlar verir.

Məhəmməd Mehdi Şəhriyari sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar