SON XƏBƏRLƏR

“Qəzvində məktəb geyimlərinin qiyməti 20 faiz bahalaşıb”

2021.10.20, 07:36
 “Qəzvində məktəb geyimlərinin qiyməti 20 faiz bahalaşıb”

Gunaz.tv

GünAz TV: Qəzvin Tekstil İstehsalçıları Dərnəyinin rəisi əyalətdə ötən ilə nisbətən məktəb geyimlərinin qiymətinin 20 faiz bahalaşdığını deyib.

 

Bu barədə Mahmud Seyyidi “İsna” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Cari ildə məktəb geyimlərinin tikişi üçün ödənilən məbləğ 10-15 faizədək artıb. Geyimlərin qiyməti isə ötən ilə nisbətən 20 faiz bahalaşıb. Məktəblilərin geyimi ilə 40 istehsal müəssisəsi məşğuldur, istehsalla bağlı Təhsil İdarəsi ilə rəsmi müqavilə bağlanıb.”- deyə o bildirib.

 

Mahmud Seyyidi geyimlər üçün istifadə olunan parçaların da qiymətinin 10-15 faiz artdığını diqqətə çatdırıb.

 

Ötən günlərdə mediada yayılan məlumatda bildirilmişdir ki, Güney Azərbaycan əyalətlərində məktəb ləvazimatının qiyməti ötən ilə nisbətən orta hesabla təxminən 40 faiz bahalaşıb.

 

Qeyd edək ki, İran və Güney Azərbaycanda ərzaq məhsullarından tutmuş məktəb ləvazimatına qədər bütün məhsullar bahalaşıb. Qeyri-adi bahalıq İranın nüvə fəaliyyəti ilə əlaqədar ölkəyə qoyulan iqtisadi sanksiyalardan sonra bütün şəhər və kənlərdə müşahidə olunur. İşsiz və yoxsul durumda olan əhali bu vəziyyətdən ən çox əziyyət çəkən təbəqədir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar