SON XƏBƏRLƏR

İran rejiminin yaşıl işıq yandırmasıyla, kürd terror təşkilatlarının dəstəkçiləri Türkiyə əleyhinə yürüşlər keçiriblər- VİDEO

2021.10.20, 07:36
İran rejiminin yaşıl işıq yandırmasıyla, kürd terror təşkilatlarının dəstəkçiləri Türkiyə əleyhinə yürüşlər keçiriblər- VİDEO

Gunaz.tv

GünAz TV: İran rejiminin yaşıl işıq yandırmasıyla, kürd terror təşkilatlarının dəstəkçiləri bu ölkənin müxtəlif bölgələrində küçələrə axışaraq, Türkiyə əleyhinə etirazlar keçirib, “Türkiyəyə ölüm” şüarları səsləndiriblər.

 

Ötən gün Banə şəhərində keçirilmiş etiraz yürüşü zamanı terror dəstəkçiləri Türkiyə bayrağını yandırıblar.

 

İranın Kürdüstan vilayətinin Banə, Sənəndəc və Mərivan şəhərində keçirilmiş aksiyalar zamanı terror dəstəkçiləri “Türkiyəyə ölüm” və “Ərdoğana ölüm” kimi şüarlar səsləndiriblər.

 

İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müşayiəti ilə keçirilən yürüşlərdə “rojhalat” və “rojava” tipli şüarlar səsləndirilib və bu məzmunlu plakatlar qaldırılıb. Lakin polis və təhlükəsizlik qüvvələri terror dəstəkçilərinə heç bir müdaxilə etməyib.

 

Qeyd edək ki, kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgələrini “rojhalat”- yəni “Şərqi Kürdüstan”, Suriyanın şimal hissələrini isə “rojava”- yəni “Qərbi Kürdüstan” kimi adlandırırlar.

 

 

Baxmayaraq ki, İran rejimi heç bir qrupa, eləcə də Güney Azərbaycan türklərinə aksiya keçirməyə icazə vermir, hətta heyvan haqları müdafiəçilərinin belə etiraz aksiyalarını mümkün olan ən qəddar formalarla istifadə etməklə dağıdır, lakin türklərə qarşı yürütdüyü düşmənçilik siyasətlərinə görə, kürdlərin küçələrə axışıb, anti-türk şüarlar səsləndirmələrinə şərait yaradır.

 

Güney Azərbaycanın onlarla gəncinin kürd terror qruplaşmaları tərəfindən öldürülməsinə rəğmən, İran rejimi bu qruplaşmalara dəstək göstərir. İran rejiminin kürd terroru tərəfdarlarına dəstək nümayiş etdirməsi güney azərbaycanlıların qəzəbinə səbəb olub. Azərbaycanın milli-mədəni fəalları rejimə xəbərdarlıq edərək bildiriblər ki, bu proses davam etsə, Azərbaycanın müxtəlif şəhərlərində böyük etiraz mitinqləri keçiriləcək.

 

Qeyd etmək lazımdır ki, Türkiyə ordusunun Suriyanın şimalında anti-terror əməliyyatına başlaması İran rejiminin və media orqanlarının qəzəbinə səbəb olub. Prezident Həsən Ruhani etdiyi çıxışda bunu “yanlış addım” kimi dəyərləndirmiş və rəsmi Ankaradan əməliyyatları dayandırmağı istəmişdi. Eləcə də, İran Milli Məclisinin spikeri Əli Laricani İstanbula planlaşdırdığı rəsmi səfəri təxirə salmışdı.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar