SON XƏBƏRLƏR

FATF İrana bir daha 4 ay möhlət müddəti verib

2021.10.20, 07:36
FATF İrana bir daha 4 ay möhlət müddəti verib

Gunaz.tv

GünAz TV: Maliyyə hesabatları hazırlayan xüsusi işçi qrupu- FATF bu gün keçirilən iclasda İranın 2020-ci ilin fevralına qədər Palermo Konvensiyasını icra etmədiyi təqdirdə, qurumun intizam tədbirləri ilə üzləşəyəcəyini bəyan edib.

 

FATF bu 4 aylıq müddəti rəsmi Tehrana verilmiş son möhlət adlandırıb. Bundan öncə də qrup İrana 6 dəfə möhlət tanımışdı.

 

FATF öz üzvlərini bu 4 ay ərzində İranda yerləşən şirkətlərlə əməkdaşlıq edərkən daha ciddi nəzarət tədbirləri görməyə çağırıb.

 

Qeyd etmək lazımdır ki, sözügedən xüsusi işçi qrupu beynəlxalq bank köçürmələrinə nəzarət, eləcə də çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması kimi öhdəliklərə sahibdir.

 

Palermo və terrorizmin maliyyələşdirilməsilə mübarizə layihələri hazırda qəbul edilmək üçün İran Ali Məsləhət Şurasında araşdırılır.

 

Dövlət və bəzi millət vəkilləri layihələrin qəbulunun tərəfdarıdır. Lakin buna qarşı çıxan mühafizəkarlar bildirirlər ki, sözügedən layihələrin qəbulu Amerika sanksiyalarını pozmağı çətinləşdirməklə yanaşı, Həmas və Hizbullaha edilən yardımları da məhdudlaşdıracaq.

 

Ötən həftə Həsən Ruhani bildirmişdi ki, Ali Məsləhət Şurası verilən möhlət müddəti ərzində layihələrlə bağlı heç bir fikir bildirmədiyindən, artıq onlar öz-özünə qanuna çevriləcəklər. Onun bu çıxışı ölkə rəsmiləri və qurumları arasında qalmaqalın yaşanmasına səbəb olmuşdu.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar