SON XƏBƏRLƏR

Suriyanin şimalında terrorçular atəşkəsi pozub

2021.10.20, 07:36
Suriyanin şimalında terrorçular atəşkəsi pozub

Gunaz.tv

GünAz TV: Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında bir türk əskərinin şəhid olduğunu, digərinin isə yaralandığını açıqlayıb. 

 

Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, hadisə Tel Abyad bölgəsində terrorçuların atəşkəsi pozması nəticəsində baş verib. 

 

Türk ordusu cavab atəşi ilə qarşı tərəfi susdurub. 

 

Qeyd edək ki, Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs imzalanmış, buna uyğun olaraq terrorçular Türkiyənin müəyyən etdiyi təhlükəsiz bölgəni tərk etməli idilər. Amma PKK/YPG/PYD silahlıları ara-sıra atəşkəs rejimini pozaraq anlaşmaya əməl etmirlər. oxu.az

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar