Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
Kanada İrana qarşı müharibədə iştirak edib- Bəqai
Tramp “Məkkə paktı”nı alqışladı
ABŞ-nin bu təyyarədaşıyan gəmisi də Yaxın Şərqə gedir
İranda internet daha da yavaşladı
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İranda xarici media ilə müsahibəyə görə bundan sonra həbs cəzası veriləcək
İran ordusundan ABŞ əsgərləri üçün 30 min dollarlıq “mükafat”
İran prezidentinin birinci müavini: Bahalaşma narahatedicidir; ən pis ssenarilərə hazır olmalıyıq
Tramp İrana qarşı iqtisadi təzyiqi artırır, Vaşinqtonun yeni planları açıqlanıb
İranda ərzaq qiymətləri 128 faizi keçdi
ABŞ generalın 10 günlük Yaxın Şərq səfəri başa çatdı
Urmu gölü qırmızı oldu
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
Türkiyənin Türk dövlətləri ilə ticarəti 6 ayda 9,4 milyard dollara çatdı
15 ölkədə yaşayan 121 Güney Azərbaycanlı siyasi, sivil və akademik fəal Güney Azərbaycandakı siyasi məhbusların vəziyyətinin izlənilməsini tələb etdi
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
Etiraz qorxusu; Fars xəbər agentliyi məscid və Bəsic bazalarından etirazlara qarşı hazır olmağı tələb etdi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
İlon Mask siyasətə 100 milyon dollarlıq çeklə qayıdır
İrana 700 ton ABŞ düyüsü idxal edilib
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Bir həftədən az müddətdə Hörmüz boğazında üçüncü BƏƏ gəmisinə hücum edilib
Qeşm adası neft çirklənməsinə məruz qaldı
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
İranda müharibə zamanı 500-dən çox telekommunikasiya obyekti vurulub
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Ərdəbildə üç məhbus edam edildi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
"Traktor" yeni mövsümdə ilk qələbəsini qazandı
Ağ Ev: Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə zarafat edib
Tramp: ABŞ NATO müttəfiqlərinin İranla münaqişədə kömək etmədiyini unutmur
Təbrizdə iş qəzası- Ölənlər var
GünAz TV Mətbuat Mərkəzinin növbəti müsahibi, tanınmış şair Elman Tovuzdur. Müsahibimiz şeir və ədəbiyyat haqqında danışıb.- Elman bəy, şeir, ədəbiyyat Sizin üçün nədir və yaradıcılıq dünyanızda böyük Elman dünyası yaratdığınız şeirlərinizdə hiss edilir. Belə demək olarmı ki, Siz şeirlərinizlə həmsöhbətsiniz...- Əvvəla onu deyim ki, mən müsahibə verməyə alışmamışam. Çalışacam ki, suallarınızı qısaca da olsa cavablandırım. Ədəbiyyat hər nədirsə, qoy indiyədək deyilənlər kimi olsun. Təkçə ona görə yox ki, mən özümü ədəbiyyat adamı hesab etmirəm, həm də ona görə ki, desəm ki, mənim üçün hər şeydir, yalan olar, heç nədir desəm “ağ” yalan olar. Bildiyimə görə “ədəb” sözündən götürülüb. Amma ədəbsiz yazılar daha çox oxunur və hətta ədəbiyyatı zənginləşdirə də bilirlər. Mən şeir yazanda ədəbiyyat haqda düşünmürəm. Şeirlərimlə necə həmsöhbət olduğumu deyə bilmərəm, amma ola bilsin onları yaradan fikirlərimlə həmsöhbətəm. Şeirlərimi oxumağı çox da sevmirəm, baxmayaraq ki, ən ağır, tənha, dərdli anlarımda yanımda olan onlar olurlar. Böyük Elman Tovuz dünyası yarada bilmişəmsə (sizin fikrinizcə) bu tək şeirlərlə bağlı ola bilməz ki. Hər kəsin öz aləmi var, o cümlədən də mənim. Şeirlərimlə daha çox onların ahəngini, axıcılığını, asan tələffüzünü və s. bir daha nəzərdən keçirmək üçün əksər hallahda sazla müşaiət edərkən həmsöhbət oluram. Bundan, nə gizlədim, özüm də həzz alıram. - Bəzən belə fikir eşidirik ki, şeirin tarixi insanın yaradılışı ilə başlayır. Şeirsiz dünyanı necə təsəvvür edirsiniz?- Məncə, o şeylərə, - tarixi lap qədimə gedib çıxır, insan mövcud olandan olmuşdur və ya filan şeyin təzahürü insanın yaranışı ilə eyni vaxta təsadüf edir, - deyilir ki, onun tarixi sadəcə bilinmir. Misal üçün, insan dünyaya gələndən saz da yaranıb deyilməsi nə dərəcədə doğrudur? Əlbəttə, bu yanlışdir. Eləcə də şeirin tarixi. İnsan yaranandan gülmək, ağlamaq və s yarana bilər, çünki bunlar bilavasitə insana xas olan xüsusiyyətlərdir. Amma insan şeir yazmaya bilər ki. Qaldı, şeirsiz dünyanı necə təsəvvür eləməyimə, bu sual sizin şeirə yüksək qiymət verməyinizlə bağlıdır və qonağınızdan da o məqsədlə soruşursunuz. Mən şeirsiz aləmdə olmamışam deyə, necə təsəvvür etdiyimi də deyə bilməyəcəm. O da var ki, mən şeir yazmaya bilməyəndə yazıram. Qələmlə yazmaq məni yorur. Adətən, başımda fırlanan və təxminən bişmiş bir şeiri tam olmasa da ordan-burdan telefonuma pıçıldayıram, sonra oturub köçürdürəm. Şeir elə şeydir ki, bir qonağınla söhbət zamanı belə səni yaxalaya bilir və unudulmasın deyə o fikri qeyd etməli olursan... Deyəsən özüm də bilmədən sualnızı cavablandırdım. - Yəni, fikirlərinizdən belə aydın olur ki, şeirsiz həyat qaranlıq dünyaya bənzəyir?.. - Yox, elə düşünmürəm. Qaranlıq dünya deyilən bir şey varsa, yəqin ki, onun da öz şeirləri var. Şeir nədir ki – həyat gerçəklikləri üstəgəl şairin “uydurma bacarığı”. M. İsmayıl deyir ki, qaranlıq deyilən bir ey yoxdur, o sadəcə, işığın bitdiyi yerdir... Bu deyimin özündə bir “keçid” şeiriyyatı var... Bir də bir şey var ki, qaranlıq aləm varsa, məncə var, o aləmin şeirləri az yazılır... o şeirin ki, hələ nədən danışdığı açılmayıb (əlbəttə, şeirdən söhbət gedir, dolaşıq fikirlərdən yox) demək ora hələ qaranlıqdır aça bilməyən üçün. Bu aləm daha maraqlıdır, ən azı ona görə ki, qaranlığı işıq yaradır. Kölgəyə baxın... - Ümumiyyətlə, bəzən insan hər şeydən küsür,demək olar ki, həyat onunçün maraqsızlaşır. Bir şeir oxumaqla insanın əhval-ruhiyyəsi özünə qayıdır. Sizcə, şeirin gücü nədədir ki, insanı öz dünyasına qaytarmağı bacarır?- Salam Sarvandan oxumuşam səhv etmirəmsə: “Şeir yerdən çox göy hadisəsidir”. İnsan şeir oxuyanda və ya ona şeir oxunanda o artıq özündə olmur, demək, necə deyərlər göylərdə olur. Söz çox güclü bir vasitədir. Yerində düz işlənəndə. Bax bir ipi şələyə düz bağlasan o şələni daşımaq üçün sənə çox da əziyyət düşməyəcək, qaydasında bağlamasan, fikrin-zikrin şələnin dağılmasında qalacaq... O səni daha çox yoracaq, nəinki yükün ağırlığı... Şeir çox sehirli, güclü aləmdir. Bu sadəcə pafoslu, uydurulmuş fikir deyil. Yolda sürücüyə şeir oxunmasının sonda maşının qəza törətməsi ilə nəticələndiyini eşitmişəm. Və əksinə. Ovqatını təzələyir. Çünki, şeir həyatdan küsmüş, iztirab çəkən bir insanı insanın dünyasına qaytarmır, insan zatən elə öz dünyasındadır ki, o zülmü çəkir. Şeir onu şeirin dünyasına alır ki, insan o əzablı vəziyyətdən çıxır. Amma şeir də şeir ola da, bax onda...- Təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün və Sizə yaradıcılıq dünyasında uğurlar arzulayırıq!- Çox sağ olun. Mən təşəkkür dirəm, zəhmət çəkmisiniz.
Söhbətləşdi: Elnur Eltürk
N.S
Tramp və SEPAH arasında gizli kanalın pərdəarxası üzə çıxdı
İranda ərzaq qiymətləri 128 faizi keçdi
İranda sərt xətt tərəfdarı olan qəzet məcburi hicab qanununun icrasını tələb edib
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
İranda daha bir etirazçı edama məhkum edildi
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Qəzvində 24 yaşlı qadın edam edildi
Xamenei mart ayında ölüb - Lisak
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
İran Ali Məhkəməsi daha bir etirazçının ölüm hökmünü təsdiq etdi
Təbrizdə məhbus milli fəallara təzyiq- 15-ci palataya köçürüldülər
Şərqi Azərbaycanda yol qəzalarında ölən və yaralananların son sayı
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı