SON XƏBƏRLƏR

Mühəndis Əmaninin vəfatının növbəti ildönümü mərasimində saxlanılan fəallar zindana aparılıb

2021.10.20, 07:36
Mühəndis Əmaninin vəfatının növbəti ildönümü mərasimində saxlanılan fəallar zindana aparılıb

Gunaz.tv

GünAz TV: Mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar saxlanılan milli-mədəni fəallar Təbrizin Mərkəzi Zindanına intiqal edilib.

 

Məlumata görə, saxlanılan 8 güney azərbaycanlı fəal oktyabrın 26-da Təbrizin Beheşti Məhkəməsinə (Beheşti Dadsərası) aparılıb, məhkəmədə fəalların hansı ittihamla üzləşdiyi açıqlanıb.

 

Əldə etdiyimiz informasiyaya əsasən hakim fəalların müvəqqəti azadlığa buraxılması üçün hər birinə 100 milyon tümənlik mülki vəsiqə təyin edib. Qərar qəsdən gec çıxarıldığı üçün iş vaxtı başa çatıb, ona görə də fəalların azad edilməsi mümkün olmayıb və həbsxanaya aparılıblar.

 

Saxlanılan 8 fəaldan hələlik Vəhid Əbhəri, Yusif Rəzəvi, Cəlil Bəyməhəmmədi, Şəhruz Bərzgər, Şahin Bərzgər və Babək Hüseyninin kimliyi müəyyənləşib, digər iki fəalın kimliyi barədə dəqiq məlumat yoxdur.

 

Adı çəkilən güney azərbaycanlı fəallar oktyabrın 25-də mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar Ettelaat əməkdaşları tərəfindən Təbrizdə saxlanılıb.

 

Təhlükəsizlik qüvvələri Şahin və Şəhruz Bərzgərin ata evlərinə hücum edərək onları saxlayıb. Şahidlərin dediyinə görə, Şəhruz saxlanılarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb. Saxlanılanlardan 6-ı Maralan qəbiristanlığında mərhum mühəndis Əmaninin məzarını ziyarət etdikləri üçün tutulub.

 

Azərbaycanlı milli fəal mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 24-də Cəfər və Kərim adlı qardaşları ilə birlikdə şübhəli yol qəzasında həyatını itirib. O Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər həbs olunub və ağır işgəncələrə məruz qalmışdır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar