SON XƏBƏRLƏR

Amerikadan İranda internetin kəsilməsinə münasibət: "İcazə verin xalq danışsın!"

2021.10.20, 07:36
Amerikadan İranda internetin kəsilməsinə münasibət: "İcazə verin xalq danışsın!"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İran rejiminin xalq etirazlarının daha da dərinləşməsindən qorxaraq ölkə ərazisində interneti məhdudlaşdırmasını kəskin şəkildə qınayıb.


O Twitter sosial şəbəkəsində yazdığı statusda İran rejiminin insanların haqq səsini dünyaya çatdırmasına maneə olmaq üçün internet təminatını dayandırmasını qınadıqlarını deyib və rəsmi Tehranı "xalqı danışmağa qoymağa" çağırıb.


"Birləşmiş Ştatlar korrupsioner hökumətləriinin yeni ədalətsizliyinə qarşı etiraz edən əzab çəkmiş İran xalqının yanındadır", - deyə sözçü ölkəsinin etirazçı insanlara dəstəyini bir daha nümayiş etdirib.


Qeyd etmək lazımdır ki, hazırda İranı demək olar ki, bütün bölgələrində internetdən istifadə mümkün deyil.


Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar