SON XƏBƏRLƏR

İran etirazlar zamanı öldürülənlərin sayı ilə bağlı rəsmi statistikanı açıqlayıb

2021.10.20, 07:36
İran etirazlar zamanı öldürülənlərin sayı ilə bağlı rəsmi statistikanı açıqlayıb

Gunaz.tv

GünAz TV: İranın rəsmi mənbələri son 3 gün ərzində keçirilmiş etirazlar zamanı öldürülən insanların sayı ilə bağlı statistika yayıb.

 

Məlumatda ölkənin müxtəlif şəhərlərində polislə qarşıdurma ilə müşayiət olunan etiraz aksiyaları zamanı ümumilikdə 5 nəfərin həlak olduğu iddi olunur. Onlardan 3-ü etirazçı, 1-i polis, 1-i isə bəsicdir. Statistikada həmçinin 1000-dən çox insanın həbs edildiyi bildirilir.

 

Lakin qeyri-rəsmi məlumatlar bunun tam əksini göstərir. İnsan haqları fəalları bu ana qədər 40-dan çox insanın təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdiyini bildirirlər.

 

Güney azərbaycanlı fəalların yaydıqları məlumata əsasən, etirazlarda Əli Hüseyni adlı Təbriz sakini də təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

 

Son 24 saat ərzində keçirilmiş nümayişlərdən yayılan videolarda polis və təhlükəsizlik qüvvələrinin xalqa həqiqi güllələrlə atəş açdığı müşahidə edilir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar