SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələrinin Kirmanşah və Mazandaranda repressiyaları davam edir: Çoxlu sayda insan həbs edilib

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələrinin Kirmanşah və Mazandaranda repressiyaları davam edir: Çoxlu sayda insan həbs edilib

Gunaz.tv

GünAz TV: İranda benzinin bahalaşdırılmasına qarşı keçirilmiş etiraz aksiyalarından sonra təhlükəsizlik qüvvələrinin insanlara qarşı repressiyası davam edir.

 

Yerli insan haqları fəallarının dediklərinə əsasən, etiraz aksiyalarının sakitləşməsindən sonra təhlükəsizlik qüvvələri onlarla insanı evlərinə hücum çəkərək həbs edib.

 

Rəsmi orqanlar isə ölən, yaralanan və həbs edilənlərin dəqiq sayı ilə bağlı statistika yaymırlar.

 

Kirmanşah əyalətinin polis rəisi Əli Əkbər Cavidan təkcə ötən gün ərzində “bank kimi dövlət müəssisələrini yandırmaq”da ittiham edilən 3 nəfərin saxlandığı barədə məlumat yayıb.

 

Mazandaran Polis İdarəsi isə Tehranda keçirilmiş etirazlarda iştirak edən və Tehranpars bölgəsində yerləşən “bankları və ticarət mərkəzlərini yandırmaq”da ittiham edilən 5 nəfərin ötən gün əyalətin Babülsər şəhərində həbs edildiyi barədə məlumat yayıb.

 

Hər iki əyalətin Polis İdarəsi həmin şəxslərin kimliyi və hazırda hansı təcridxanada saxlandıqları barədə heç bir açıqlama verməyib.

 

Ötən günlər ərzində etirazlarla əlaqədar saxlanılanlara işgəncə verilməsi barədə məlumatlar yayılıb.

 

Qeyd etmək lazımdır ki, İranın təhlükəsizlik qüvvələri ötən günlər ərzində tez-tez etirazçıları saxladıqları barədə məlumatlar yaysalar da, tutulanların sayı ilə bağlı heç bir məlumat vermirlər. Qeyri-rəsmi statistikalara əsasən, bu günə qədər etirazlarla əlaqələ 4800-dən çox insan saxlanılıb.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar