SON XƏBƏRLƏR

Şadmehrdən Vaşinqton konsertində şovinist sözlər: “İranlı deyilsinizsə, çıxın çölə”

2021.10.20, 07:36
Şadmehrdən Vaşinqton konsertində şovinist sözlər: “İranlı deyilsinizsə, çıxın çölə”

Gunaz.tv

GünAz TV: Şadmehr Əqilinin noyabrın 30-da Vaşinqtonda təşkil etdiyi konsert zamanı səsləndirdiyi irqçi və şovinist sözlər sosial şəbəkə istifadəçiləri arasında sürətlə yayılıb.

 

O, konsert zamanı “ey İran” adlı paniranistlərin marşına çevrilmiş mahnını oxuduqdan sonra mikrofonla yüksək səslə “iranlı deyilsinizsə, çıxın çölə!” qışqırıb.

 

Faktı həyat yoldaşı ilə konsertdə iştirak edən “BBC Persian” telekanalının sabiq əməkdaşı Zeynəb Avin də təsdiqləyib.

 

“Biz 4-cü sırada oturmuşduq. Şadmehr məşhur ey İran mahnısını oxuduqdan sonra qəfildən mikrofonda yüksək səslə iranlı deyilsinizsə, çıxın çölə bağırdı. Mən mobil telefonuna başı qarışan həyat yoldaşıma tərəf çöndüm və ondan eşidib-eşitmədiyini soruşdum. O isə Şadmehrin nə dediyini eşitmədiyini bildirdi. Mən isə bildirdim ki, deyəsən iranlı deyilsinizsə, çıxın çölə deyə bağırdı. Həyat yoldaşım isə belə şey deməz deyə mənə cavab verdi”, - deyə Zeynəb Avin bildirib.

 

“BBC”nin sabiq əməkdaşı qeyd edib ki, ilkin olaraq səhv eşitdiyini düşünsə də, qısa müddət sonra 1-ci sırada əyləşmiş xanımın həyat yoldaşı, bacısı və uşağı ilə birlikdə salonu tərk etdiyini, bir müddət sonra isə sosial şəbəkələrdə əfqan və iranlıların Şadmehri bu sözlərinə görə tənqid etdiyini görüb.

 

Bu cümlə qısa zamanda sosial şəbəkələrdə əfqanlar arasında müzakirə olunub. Əfqanlar müğənnini tənqid edib və onu irqçilikdə günahlandırıblar.

 

Şadmehrin Facebook səhifəsində yazdığı açıqlama isə günahdan da böyük qəbahətə çevrilib. O, bu sözləri “Şadmehr, salonda iranlı olmayan pərəstişkarların da var” deyən əfqan xanıma cavab olaraq dilə gətirdiyini bildirib. Müğənninin yazdığı açıqlamada əfqanıstanlıları və tacikistanlıları “həmvətənlər” adlandırması yenidən insanların onun şovinist və imperyalist təfəkkürünü tənqid etməsinə yol açıb. Əfqanlar yazdıqları tənqidlərdə Şadmehrin əfqan xalqından üzr istəməsini tələb ediblər.

 

Şadmehrin haqqında danışdığı əfqan qadının bacısı Fövzi Əfşar madia orqanlarına verdiyi müsahibədə bildirib ki, “ey İran” mahnısı bitdikdən sonra bacısı mülayim tərzdə “Şadmehr, burda əfqan pərəstişkarların da var” deyib. O isə dərhəl mikrofonda “iranlı deyilsinizsə, çıxın çölə deyə bağırıb. Buna görə də, onlar salonu tərk ediblər.

 

Qeyd etmək lazımdır ki, Ruhullah Xaliqinin bəstəsi olan “ey İran” mahnısı fars şovinistləri və paniranistlər arasında yayılmış məşhur marşdır və bir növ paniranistlərin himninə çevrilib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar