SON XƏBƏRLƏR

Bahalıq səbəbindən İranda xəstəxanaya müraciət edən vətəndaşların sayı 30% azalıb

2021.10.20, 07:36
Bahalıq səbəbindən İranda xəstəxanaya müraciət edən vətəndaşların sayı 30% azalıb

Gunaz.tv

GünAz TV: İranda bütün sahələrdə hökm sürən kəskin bahalıq səbəbindən insanlar müayinə və müalicə üçün xəstəxanaların tibbi xidmətlərindən yararlana bilmirlər.

 

İran Tibbi Sığorta Təşkilatının rəhbərinin müavini Kuruş Fərzin bahalıq fonunda insanların tibb mərkəzlərinə müraciətinin ötən illə müqayisədə 30% azaldığını deyib.

 

Onun sözlərinə görə, tibbi xidmət qiymətlərinin yüksəlməsi nəticəsində müalicə xərcləri ailənin gəlirlərinə nisbətən xeyli yüksəkdir. Kuruş Fərzin nəticədə isə insanların ən adi tibbi problemlərlə rastlaşdıqda belə, həkimə müraciət edə bilmədiklərini deyib.

 

Xatırladaq ki, ötən iki il ərzində İranın milli pul vahidi- riyal xarici valyuta qarşısında dəyərini kəskin itirib. Nəticədə, ölkədə demək olar ki, bütün sahələrdə, eləcə də tibb sektorunda qiymətlər bahalaşıb.

 

Bir müddət öncə İran Milli Məclisinin Tibb Komissiyasının sədri Əli Növbəxt bildirmişdi ki, sanksiyadan öncə 42 min tümənə satılan “Aspirin”in qiymətinin sanksiyalardan dərhal sonra 145 tümənə qaldırılması qəbuledilməzdir.

 

Digər tərəfdən, cari ilin oktyabr ayında İranın Səhiyyə Nazirliyinin yaydığı məlumatda hər il ölkə əhalisinin 3.76%-nin müalicəsi yüksək xərc tələb edən sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilirdi.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar