SON XƏBƏRLƏR

Ruhanidən iddia: “Məncə, Amerikanın sanksiyaları davam edə bilməz”

2021.10.20, 07:36
Ruhanidən iddia: “Məncə, Amerikanın sanksiyaları davam edə bilməz”

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaların davam edə bilməyəcəyini düşündüyünü deyib.

 

Malaziyada yaşayan İran vətəndaşlarının qarşısında çıxış edən Ruhani ABŞ-ın rəsmi Tehran qarşısında seçdiyi sanksiya yolunun hər iki tərəfin ziyanına olduğunu, buna görə də, “amerikalıların bu yoldan əl çəkməyə məcbur olduqlarını” iddia edib. Lakin Ruhani ABŞ-ın sanksiyaları niyə ləğv etməyə “məcbuq” olduğu barədə heç bir dəlilə toxunmayıb.

 

İran prezidenti nədən rəsmi Vaşinqtonun sanksiyaları qaldıracağı qənaətinə gəldiyi barədə detalları açıqlamasa da, amerikalı rəsmilər hər zaman maksimum təzyiq siyasətinin Tehranı çətin vəziyyətdə qoyduğunu və bu ölkənin öz yürütdüyü bədxah siyasətlərdən əl çəkdiyi günə qədər davam edəcəyini vurğulayırlar.

 

İran prezidenti çıxışı zamanı son xalq etirazlarına da dolayısı ilə toxunub:

 

“Bizim xarici təzyiq qarşısında iqtisadi, siyasi, ictimai, mədəni və müdafiə sahələrində gücümüz keçmişdəkindən daha çoxdur” 

 

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk maksimum təzyiq siyasətinin davam etməsi nəticəsində Tehranın zamanla bu təzyiq qarşısında dözümü daha da azalmağa doğru gedəcək. O, həmçinin İranın iqtisadi baxımdan əlinin boşaldığını, vəziyyətdən çıxmaq üçün isə yalnız ya pul çap etmək, ya da vətəndaşlarının əməkhaqları və pensiyalarını verməmək yolunun qaldığını qeyd etmişdi.

 

Digər tərəfdən, noyabrın 12-də İran prezidenti Həsən Ruhani Kirman əyalətinə etdiyi səfər çərçivəsində Əyalət Şurasında keçirdiyi görüş zamanı sanksiyalara toxunaraq, inqilabdan sonra ölkənin keçdiyi tarix yolunda heç vaxt bu qədər ağır, qarışıq və çətin durumda olmadığını demişdi. O, həmçinin ABŞ-ın İranın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyaların ölkəni idarə etməyi çətinləşdirdiyini etiraf etmişdi.  

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar