SON XƏBƏRLƏR

Pompeo: "Səfirliyimizə hücum İrana bağlı terroristlərin əməlidir, İraq xalqının deyil"- FOTO

2021.10.20, 07:36
Pompeo: "Səfirliyimizə hücum İrana bağlı terroristlərin əməlidir, İraq xalqının deyil"- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bu ölkənin Bağdaddakı səfirliyinə hücum edənlərin İraq xalqı deyil, İrana bağlı terroristlər olduğunu bildirib.

 

"Bu günkü (31 dekabr-red.) hücum terroristlər Əbu Mehdi Əl-Mühəndis və Qeys Xəzəli tərəfindən təşkil edilib. Hücuma dəstək verənlər isə Hadi Aməri və Faleh Əl-Fəyyaz olublar. Səfirliyimizin önündə çəkilmiş fotoda onların hamısının orda olduğu görünür", - deyə Pompeo Twitterd' yazıb.

 

 

O, həmçinin qeyd edib ki, insanlar səfirliyə hücumun oktyabr ayından etibarən İran rejiminin İraqda yaydığı korrupsiyaya qarşı etirazlara başlamış İraq xalqının törətdiyini düşünməməlidirlər. Bu addımı yalnız İrana bağlı terroristlər həyata keçirib.

 

Xatırladaq ki, İraqda İrana bağlı terroristlər ötən gün Amerika səfirliyinə hücum etmişdilər. Lakin təhlükəsizlik qüvvələri qısa müddət ərzində vəziyyəti nəzarətə alaraq, onların səfirlik binasına daxil olmasının qarşısını almışdılar.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar