SON XƏBƏRLƏR

Vaşinqton Əsədin sonunu görür

2021.10.20, 07:36
Vaşinqton Əsədin sonunu görür

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Hillary Clinton Suriya münaqişəsinin dinc həlli yolunun getdikcə tükəndiyini, Suriya dövlətinin iflas təhlükəsininsə artığını deyib.

 O bunu Əfqanıstana beynəlxalq yardımla bağlı bazar günü Tokioda keçirilən konfransda bəyan edib.

 O ötən ayın Suriya münaqişəsi dövründə an qanlı ay olduğunu bildirib və qeyd edib ki, prezident Bəşşar Əsəd rejiminin sonu artıq yaxınlaşıb.

 Amma dövlət katibi qeyd edib ki, Suriyanı hadisələrin faciəvi inkişafından xilas etmək hələ ki, mümkündür. 

 1 ildən çoxdur ki, Suriyada prezident Bəşşar Əsədin istefası tələbilə kütləvi etirazlar keçirilir.

 BMT (Birləşmiş Millətlər Təşkilatı) bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.

 Keçən ay Suriya parlamentində çıxış edən Bəşşar Əsəd deyib ki, Suriya müstəmləkəçilik dövründən sonra ən ağır dövrünü yaşayır. O xarici qüvvələri Suriyanı vətəndaş müharibəsinə sürükləməkdə günahlandırıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar