SON XƏBƏRLƏR

Pompeo: “Hizbullah İranın maraqlarını yerinə yetirir, Livan xalqının deyil”

2021.10.20, 07:36
Pompeo: “Hizbullah İranın maraqlarını yerinə yetirir, Livan xalqının deyil”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Livanda baş verən son siyasi proseslərə münasibət bildirib.

 

O, Hizbullahın Livan xalqının deyil, rəsmi Tehranın maraqlarını həyata keçirdiyini deyib. Pompeo qeyd edib ki, rəsmi Vaşinqton Livanda xalqın iradəsini əks etdirən, şəffaf dövlət qurulmasının tərəfdarıdır.

 

Departament rəhbəri Livanın yeni hökumətinin islahatlar həyata keçirəcəyi və öz öhdəliklərinə əməl edəcəyi təqdirdə, ABŞ-ın bu ölkəyə dəstək göstərəcəyini bəyan edib. Hökumətin qurulmasından bir neçə saat sonra ölkə prezidenti Mişel Aunun sədrliyi ilə Nazirlər Kabinetinin ilk görüşü keçirilib.

 

Xatırladaq ki, ötən gün Həsən Diyabın Baş Nazirliyi ilə Livanda yeni Nazirlər Kabineti də qurulub.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar