SON XƏBƏRLƏR

Urmiya zindanında saxlanılan daha 3 məhbusa ölüm hökmü çıxarılıb

2021.10.20, 07:36
Urmiya zindanında saxlanılan daha 3 məhbusa ölüm hökmü çıxarılıb

Gunaz.tv

GünazTV: İranın Urmiya şəhərinin zindanında saxlanılan, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 3 məhbusa ölüm hökmü çıxarılıb.

 

 İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Əli Şeyxlunun sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə 5 kiloqrama qədər heroin qaçaqmalçılığında günahlandırılan müttəhimlər Şəhram Tufani, Əhməd Başu və soyadı mediaya açıqlanmayan German adlı müttəhim edama məhkum edilib.

 

 Məhkəmənin çıxardığı hökm, fevralın 17-də hər üç müttəhimə elan edilib.

 

 Yayılan məlumatlara əsasən, hər üç müttəhimin yaxın vaxtlarda dara çəkiləcəyi gözlənilir.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar