SON XƏBƏRLƏR

Amerika: "İran hələ də Yəməndə siyasi həll perspektivlərini zəiflətməyə davam edir"

2021.10.20, 07:36
Amerika: "İran hələ də Yəməndə siyasi həll perspektivlərini zəiflətməyə davam edir"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanındakı səfiri Kelli Kraft İranın Yəməndə husilərə silah göndərməklə, bu ölkədə hökm sürən müharibənin siyasi yolla həllinə mane olmağa davam etdiyini deyib.

 

O, BMT-nin Təhlükəsizlik Şurasının iclasında Yəməndə müharibənin dayandırılması üçün əldə edilmiş Ər-Riyad razılaşmasının icra prosesindən narazılıq ifadə edib. Səfir həmçinin Tehranın Yəmən münaqişəsinin şiddətlənməsi və davam etməsində maraqlı olmasını tənqid edib.

 

"BMT mütəxəssislərinin TŞ-ya təqdim etdikləri hesabatda görünür ki, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı 2019-cu ilin sentyabr ayının 14-də baş tutmuş hücumu husilər həyata keçirməyib. Hesabata əsasən, hücumun İran torpağından edildiyini düşünmək olar", - deyə Kelli Kraft əlavə edib.

 

Diplomat bir neçə gün öncə ABŞ Hərbi Dəniz Qüvvələrinin Ərəb dənizində İran istehsalı olan silahları Yəmən tərəfə daşıyan gəminin ələ keçirməsi məsələsindən də danışıb. O, həmin gəmidən müsadirə edilmiş 357 İran istehsalı raket və digər silah-sursatla bağlı BMT və digər beynəlxalq tərəfdaşlarına lazımi məlumatları verdiklərini qeyd edib.

 

"Biz, bu masada əyləşən hər kəs Yəmən müharibəsinin dayandırılması üçün danışıqlara qayıdılması yollarını müzakirə etdiyimiz halda, İran sanksiyalara rəğmən, husi yaraqlılarına silah göndərməklə, öz həqiqi simasını ortaya qoyur", - deyə Kelli Kraft fikrini tamamlayıb.

 

Xatırladaq ki, rəsmi Tehran Yəməndə vətəndaş müharibəsinin başlamasından sonra öz maraqları naminə husi yaraqlılarına hərbi, siyasi və maddi yardım göstərir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar