SON XƏBƏRLƏR

İranda iki minik avtomobili toqquşub. 9 nəfər ölüb, 1 nəfər yaralanıb

2021.10.20, 07:36
İranda iki minik avtomobili toqquşub. 9 nəfər ölüb, 1 nəfər yaralanıb

Gunaz.tv

GünazTV: İranın Yəzd əyalətində iki minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Hadisə, fevralın 27-si yerli vaxtla axşam saat 20:20 radələrində Yəzd şəhərinin Zarəç-Əşkezer istiqamətində baş verib. Yüksək sürətlə üz-üzə gələn “Prayd” və “Peugeot” markalı minik avtomobilləri naməlum səbəbə görə bir-biri ilə toqqoşub. Qəza nəticədə hər iki avtomobilin 9 sərnişini yerindəcə ölüb, 1-i ağır yaralanıb.

 

Xəstəxanaya yerləşdirilən yaralı sərnişinin səhhətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, İranda hər il baş verən yol-nəqliyyat hadisələrində 30 minə yaxın insan həyatını itirir.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar