SON XƏBƏRLƏR

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislər qrupu 7.5 ton tibbi ləvazimatla İrana yola düşüb.

2021.10.20, 07:36
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislər qrupu 7.5 ton tibbi ləvazimatla İrana yola düşüb.

Gunaz.tv

GünAz TV: Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizə üzrə 6 mütəxəssisindən ibarət qrupu bu gün Birləşmiş Ərəb Əmirliyindən İrana yola düşüb.

 

Mütəxəssislər özləri ilə İrana 7.5 ton ağırlığında koronavirusu aşkar etmək üçün lazım olan vasitələr, maskalar və tənəffüs aparatları kimi tibbi ləvazimatlar da aparıblar.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, onlar 300 min dollar dəyərində olan həmin tibbi ləvazimatlarda birlikdə bu gün Birləşmiş Ərəb Əmirliyinə məxsus təyyarə ilə İran istiqamətində yola düşüblər. İrana gedən qrup həkimlər, eləcə də laboratoriya və infeksion xəstəliklər mütəxəssisləridir.

 

Qeyd etmək lazımdır ki, Təşkilat mütəxəssislərlə birgə bu humanitar köməyi ötən həftə İrana göndərməyi planlaşdırırdı. Lakin qonşu dövlətlərin koronavirus səbəbindən İrana uçuşları ləğv etməsi səbəbindən köməklərin göndərilməsi təxirə düşmüşdü.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar