SON XƏBƏRLƏR

Qəzvin valisinin müavini koronavirusa yoluxub

2021.10.20, 07:36
Qəzvin valisinin müavini koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: Koronavirusun Güney Azərbaycan əyalətlərini bürüməsi ilə bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir.

 

Cümə axşamı günü axşam saatlarında yayılan xəbərə görə, Qəzvin valisinin müavinlərindən biri koronavirusa yoluxub.

 

Bu barədə Qəzvin Əyaləti üzrə Koronavirusla Mübariz Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Hüseyn Biniyaz mətbuata məlumat verib.

 

Onun sözlərinə görə, valinin abadlaşdırma işləri üzrə müavini Əli Fərrüxzaddan götürülən analizin cavabı müsbət olub.

 

Hüseyn Biniyaz Qəzvində koronavirusa yoluxanların sayının 100-dən çox olduğunu bildirib.

 

Xatırladaq ki, cümə axşamı günü Qəzvin Tibb Universitetinin rəsmisi Qəzvin Əyalətində 7 nəfərin koronavirusdan öldüyünü bildirmişdir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar