SON XƏBƏRLƏR

Həmədanda texniki spirt 5 nəfərin ölümünə səbəb olub

2021.10.20, 07:36
Həmədanda texniki spirt 5 nəfərin ölümünə səbəb olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Həmədan şəhərində texniki spirtdən dezinfeksiya məqsədi ilə istifadə edən 5 nəfər həyatını itirib.


Bu barədə Həmədan Tibb Universitetinin qida və dərman üzrə rəis müavini Məcid Hənifə məlumat verib.


“Əyalətdə koronavirusdan qorunmaq üçün etil spirt və etanol məhlulundan istifadə edən 5 nəfər həyatını itirib. Metil spirti və ya metanol mikroba qarşı zəif vasitə olduğu halda olduqca zəhərlidir. Onun içilməsi çox təhlükəlidir, bu maddə insanın görmə qabliyyətinin itirilməsi və hətta ölümünə səbəb ola bilər.”- deyə o bildirib.


Məcid Hənifə hər kəsi spirtlərdən düzgün istifadə etməyə çağıraraq bu maddənin təhlükəsi ilə bağlı xəbərdarlıq edib.


Qeyd edək ki, koronavirus epidemiyası yayıldığı günlərdə Ərdəbil Əyalətində 180 nəfər spirtdən zəhərlənib, onlardan 19-u həyatını itirib.


Bu barədə ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Ərdəbil Əyalətində spirtdən zəhərlənənlərin sayı 180-a, ölənlərin sayı isə 19-a çatıb – VİDEO

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar