SON XƏBƏRLƏR

Ərdəbilli gənc tədqiqatçı bankomat dezinfeksiyası sistemi ixtira edib

2021.10.20, 07:36
Ərdəbilli gənc tədqiqatçı bankomat dezinfeksiyası sistemi ixtira edib

Gunaz.tv

GünAz TV: Ərdəbil şəhərindən olan gənc soydaşımız bankomatı dezinfetsiya edən aparat ixtira edib.

 

Zəhra Fəthi Əslin koronavirus epidemiyası tüğyan etdiyi vaxtda belə bir aparat yaratması xüsusi əhəmiyyət kəsb edir.

 

“Bu sistem 24 saat ərzində avtomat şəkildə işləyəcək. Onun işləməsi üçün insan müdaxiləsi lazım deyil. Aparatı oğurlamaq da mümkün olmayacaq. Aparatda istifadə olunan maddələrin heç biri yanıcı deyil. Ona görə də bankomatın manitoru və digər hissələrinə heç bir ziyan dəyməyəcək.”- deyə aparatı icad edən soydaşımız bildirib.

 

Zəhra Fəthi Əsl vurğulayıb ki, bu sistem koronavirusun qarşısını almaqda öz təsirini göstərəcək. Onun sözlərinə görə, bankomatı dezinfetsiya edən aparata artıq lisenziya verilib, yaxın zamanda bu sistemdən istifadə olunacaq.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar