SON XƏBƏRLƏR

Tehran ostandarı: “Paytaxt metrosunun fəaliyyəti tamamilə dayandırılmayacaq”

2021.10.20, 07:36
Tehran ostandarı: “Paytaxt metrosunun fəaliyyəti tamamilə dayandırılmayacaq”

Gunaz.tv

GünazTV: Tehran ostandarı Ənuşirəvan Möhsüni Bəndpey martın 28-də jurnalistlərə açıqlamasında paytaxt Tehranda metronun fəaliyyətinin məhdudlaşdırılacağından xəbər verib.

 

O bildirib ki, ölkədə yaradılmış koronavirusla Mübarizə Qərargahında Tehran metrosunun fəaliyyətinin tamamilə dayandırılması məsələsi müzakirə edilsə də, qərargah bu barədə irəli sürülən təkliflə razılaşmayıb: “Koronavurusla Mübarizə Qərargahının qərarına əsasən, Tehran metrosunun fəaliyyəti tamamilə dayandırılmayacaq,  sadəcə olaraq məhdudlaşdırılacaq.

 

Paytaxtda qoyulan bu məhdudiyyətlər digər nəqliyyat vasitələrinə də şamil ediləcək” -deyə, Tehran ostandarı Ənuşirəvan Möhsüni Bəndpey əlavə edib.

 

Ənuşirəvan Möhsüni Bəndpey, Tehran metrosunun və paytaxtda digər nəqliyyat vasitələrinin fəaliyyətinin konkret nə vaxtdan məhdudlaşdırılmasına başlanılacağını açıqlamayıb.

 

 

A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar