SON XƏBƏRLƏR

İranda "sizdəh bedər" günü parklara getmək və şəhərləri tərk etmək qadağan edilib

2021.10.20, 07:36
İranda "sizdəh bedər" günü parklara getmək və şəhərləri tərk etmək qadağan edilib

Gunaz.tv

GünAz TV: İranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahının İctimai Məsələlər və Güc Strukturları ilə İş üzrə Komitəsi aprelin 1-nə təsadüf edən "sizdəh bedər" günü münasibətilə insanların parklar və əyləncə mərkəzlərinə getməsi, eləcə də öz yaşadıqları şəhərləri tərk etməsinin qadağan edildiyi barədə məlumat yayıb.

 

Komitənin yaydığı bəyanatda qeyd edilir ki, qərar koronavirusun ölkədə daha da yayılmasının qarşısını almaq üçün qəbul edilib və buna nəzarət Daxili İşlər Nazirliyinə tapşırılıb. Tətbiq edilmiş qadağaları pozan şəxslər barəsində qanunun tələbi ilə ölçü götürüləcək.

 

Məsələ ilə bağlı Tehranın polis komandanı Hüseyn Rəhimi bildirib ki, artıq bu gündən etibarən bu istiqamətdə polis üzərinə düşən vəzifələri icra etməyə başlayıb. Sabah səhər saat 5 radələrindən etibarən isə paytaxtda yerləşən bütün parklara isə insanların girişi tam məhdudlaşdırılacaq.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar