GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
İran sistematik şəkildə insan hüquqlarını pozur - BMT
Lukaşenko: Vladimir Putinə Kiyevdən zəng gəlib
Rusiya İrandan uzaqlaşa bilər
İlham Əliyev Rusiya-Ukrayna müharibəsindən danışdı
Ukrayna atəşkəsə nəzarət etmək üçün qrup yaradır
Əhərin Şuşa kəndində 3000 illik kitabə dağılmaq təhlükəsi ilə üz-üzədir
Suriya sərhəddində böyük hazırlıq
Ukrayna ordusu əks-hücuma keçdi
Makron: Rusiya 30 günlük atəşkəsi qəbul etməlidir
Putin Ukraynanı təslim olmağa çağırdı
Zelenski: “Putin atəşkəs istəmir”
Rusiya xarici işlər nazirinin müavini Quzey Koreyaya səfər edib
Güney Azərbaycanlı kinorejissor və müstəqil jurnalist Məhəmməd Əlimoradi təhdidlərlə üzləşir
43 ölkənin vətəndaşlarının ABŞ-yə girişi məhdudlaşdırılacaq - SİYAHI
Kiyev üzərində 130 Rusiya dronu vurulub
TDT-yə üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək
Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb
Amerika Türkiyənin müharibə ilə bağlı dediklərini təkrarlayır
Böyük Britaniya, Putin atəşkəsdən imtina edərsə, Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb
Amerika ilə danışıq İslam Respublikasının sonu olacaq - Xaməneinin nümayəndəsi
Heç vaxt, Amerikanın bir hissəsi olmayacağıq
G7 Ukraynaya sarsılmaz dəstək elan etdi
Tramp: Rusiya-Ukrayna savaşını 24 saata bitirəcəyimi deyəndə sarkazm edirdim
HƏMAS girovdakı Amerika vətəndaşı ilə bağlı bəyanat yaydı
Qırğızıstan XİN: Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər
G7 Çinin nüvə arsenalını artırmasından narahatdır
Odessaya raket zərbələri endirildi
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
Azərbaycan Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini alqışlayır
Əhməd əş-Şəraa 5 il müddətinə prezident elan edildi
Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Qərbi Azərbaycanda kürd terror qruplaşmalarının tərəfdarlarının Novruz bəhanəsi ilə qızışdırılması davam edir
Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına sədrlik edəcək
Rubio Ukraynanın uzunmüddətli təhlükəsizliyinin yalnız gələcəkdə müzakirə oluna biləcəyini deyib
İranda xərçəng qurbanlarının sayı iki dəfə artacaq
Tramp İraqda İŞİD liderinin öldürüldüyünü açıqlayıb
Tramp İran vətəndaşlarının Amerikaya girişinə qadağa qoyur
G7 ölkələri İranla bağlı bəyanat yaydı
NATO: Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasını səbirsizliklə gözləyirik
Urmuda 3 məhbusun barmaqları kəsiləcək
İsveç Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 176 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb və infeksiyaya tutulanların sayı 4855 nəfərə çatıb.
Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 544 nəfər olub. Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.
Bu əyalətdə keçən 24 saat ərzində daha 70 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1688 nəfərə çatdığını bildirib.
O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 166 nəfərə çatdığını deyib.
Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində də 987 nəfərin koronavirusa yoluxduğu, 143 nəfərin həyatını itirdiyi təsdiqlənib.
Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 750 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 25 nəfərdə infeksiya aşkarlanıb.
Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı isə 66 nəfərə çatıb.
Ərdəbil əyalətində də 474 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha yeddi nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 82 nəfərə çatıb.
Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 601, xəstəlikdən ölənlərin sayı isə 58 nəfərə çatıb.
Həmədan Əyalətində isə rəsmilərin statistikaları gizlətmələri davam edir. Bir həftədən çoxdur ki, yoluxanların və ölənlərin sayı haqda məlumat vermirlər. Son rəsmi açıqlamaya əsasən, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. İranın Səhiyyə nazirliyindəki mənbələrinə istinad edən bir xəbər saytı Həmədanda 92 nəfərin infeksiyadan öldüyünü yazıb. Həmin mənbə virusa yoluxanların sayının 2251 nəfərə çatdığını iddia edib.
Əyalət rəsmilərinin son günlərdə epidemiyanın yayılması haqqında məlumat verməkdən imtina etmələri də əyalətdəki vəziyyətlə bağlı ciddi narahatlığa səbəb olub. Keçən həftə Həmədan həbsxanasında koronavirusun yayılması ilə bağlı üsyan baş vermişdi. Rəsmilər üsyanda iki nəfərin canını itirdiyini deyirlər.
Qeyd edək ki, ekspertlər İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirirlər. Onların fikrincə, İran rəsmiləri statistikanı aşağı göstərməklə böhranı idarə etmədəki uğursuzluqlarını gizlətməyə çalışırlar.
Bəzi qeyri-rəsmi mənbələrə görə, İran Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ötən günlərdə Səhiyyə nazirliyindən koronavirus infeksiyasından ölənlərin ölüm səbəbini başqa xəstəliklər adı altında açıqlanmasını tələb edib. O, həmçinin nazirlikdən istəyib ki, özəlliklə sosial şəbəkədə yayımlanan statistikaya nəzarət etmək istiqamətində məhkəmə sistemi ilə əməkdaşlıq olunsun.
İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Ü.F
İran sistematik şəkildə insan hüquqlarını pozur - BMT
Rusiya İrandan uzaqlaşa bilər
İlham Əliyev Rusiya-Ukrayna müharibəsindən danışdı
Əhərin Şuşa kəndində 3000 illik kitabə dağılmaq təhlükəsi ilə üz-üzədir
Ukrayna ordusu əks-hücuma keçdi
Rusiya xarici işlər nazirinin müavini Quzey Koreyaya səfər edib
Güney Azərbaycanlı kinorejissor və müstəqil jurnalist Məhəmməd Əlimoradi təhdidlərlə üzləşir
Kiyev üzərində 130 Rusiya dronu vurulub
Amerika Türkiyənin müharibə ilə bağlı dediklərini təkrarlayır
Böyük Britaniya, Putin atəşkəsdən imtina edərsə, Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb
Amerika ilə danışıq İslam Respublikasının sonu olacaq - Xaməneinin nümayəndəsi
Tramp: Rusiya-Ukrayna savaşını 24 saata bitirəcəyimi deyəndə sarkazm edirdim
HƏMAS girovdakı Amerika vətəndaşı ilə bağlı bəyanat yaydı
Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Qərbi Azərbaycanda kürd terror qruplaşmalarının tərəfdarlarının Novruz bəhanəsi ilə qızışdırılması davam edir
Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına sədrlik edəcək
İranda xərçəng qurbanlarının sayı iki dəfə artacaq
Tramp İran vətəndaşlarının Amerikaya girişinə qadağa qoyur
G7 ölkələri İranla bağlı bəyanat yaydı
NATO: Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasını səbirsizliklə gözləyirik
Təbrizin İmam Rza xəstəxanasının işçiləri tətil elan ediblər
Traxtor azarkeşləri yol qəzasında həyatını itirib
Rusiyada olan azərbaycanlı miqrantların sayı məlum olub
30 təşkilat İranda qadın haqları ilə bağlı birgə bəyanat yaydı
Xamenei Trampın danışıqlar təklifinə cavab verib
İranda polisi daha bir etnik bəlucu güllələdi
Suriyada qanlı gecə: İranın əli var!
HƏMAS-ın saxladığı israilli girov Trampa müraciət etdi
Qazaxıstanın Türküstan şəhərinə özəl status verilib
Rusiyan Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib
Suriya prezidenti Əsədin tərəfdarlarını silahı yerə qoymağa çağırıb
Respublikaçılardan Trampa çağırış: Ukraynaya hərbi yardımı bərpa et
Təbrizdə təcili yardım işçiləri də etiraz aksiyası keçirdilər
Trüdo sonuncu mətbuat konfransını keçirdi
Amerika federal məhkəməsi Çini təqsirləndirdi: 24 milyard dollar ödəməlidir
Ruslar Donetskdə dinc əhalini bombaladı
NATO-nun baş katibi Amerikaya səfər edəcək
Avropanın müdafiəsi üçün yeni fond yaradılır