SON XƏBƏRLƏR

Azərbaycan qonşu Rusiyaya humanitar yardım göndərib

2021.10.20, 07:36
Azərbaycan qonşu Rusiyaya humanitar yardım göndərib

Gunaz.tv

GünAz TV: Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Krasnodarda baş verən daşqınlarla bağlı hadisə yerinə humanitar (insani) yardım karvanı göndərib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 Məlumata görə, dünən axşam saat 21:00-da Prezident İlham Əliyevin göstərişi ilə göndərilən humanitar yardım karvanında 22 maşın yer alıb.

 Bundan başqa, nazirliyin 38 nəfərdən ibarət şəxsi heyəti də karvanla yola düşüb.

 Fəlakət bölgəsinə içməli su, şirələr, qida ehtiyaclarını qarşılamaq üçün yeyinti məhsulları göndərilib.

 Azərbaycandan göndərilən humanitar yardım maşınları sabah Krasnodara çatacaq.

Qeyd edək ki, Bu gün Rusiyada ümummilli matəm elan olunub. Daxili İşlər Nazirliyinin son məlumatına görə, iyulun (July) 7-də Krasnodar vilayətində daşqında ölənlərin sayı 170 nəfərə çatıb.  

 Həlak olanların çoxu Krımdandır. Rusiya Fövqəladə Hallar Nazirliyinin daha üç təyyarəsi bu gün Krasnodara  göndərilib. Əraziyə əlavə xüsusi texnika yeridilib.

 Krım, Gelencik rayonlarında (şəhər, məntəqə) və Novorosiyskdə də vəziyyət gərgindir. Yüzlərlə adam təcili yardıma müraciət edib. 160 nəfər xəstəxanalara yerləşdirlib. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar