SON XƏBƏRLƏR

ETTELAATda saxlanılan Daryuş Pərvanədən xəbər tutmaq olmur

2021.10.20, 07:36
ETTELAATda saxlanılan Daryuş Pərvanədən xəbər tutmaq olmur

Gunaz.tv

GünAz TV: Ərdəbil ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılan azərbaycanlı fəal Hacı Daryuş Pərvanədən heç bir xəbər tutmaq olmur.

 

Məlumata görə, o, vəkil və yaxınları ilə görüşmək hüququndan istifadə edə bilmir.

 

Qeyd edək ki, Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən “Düz-çörək” restoranının müdiri azərbaycanlı fəal Hacı Daryuş Pərvanə ETTELAAT məmurları tərəfindən tutuqlanıb.

2012-ci il iyulun 2-də (1391-ci il tirin 12-də) ETTELAAT  məmurları saat 12 radələrində restoranı mühasirəyə alıb və Hacı Daryuşu yaxalayıblar.

Azərbaycanlı fəal tutuqlandıqdan sonra, məmurlar məhkəmə hökmü olmadan onun evində axtarış aparıb və bir sıra şəxsi əşya o cümlədən bir neçə kitab və kompüteri özləri ilə aparıblar.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar