SON XƏBƏRLƏR

Urmu universitetində Öyrənci fəalın təhsilinə qadağa qoyuldu

2021.10.20, 07:36
Urmu universitetində Öyrənci fəalın təhsilinə qadağa qoyuldu

Gunaz.tv

GünAz TV: Urmu universitetinin öyrəncisi Seyid Əhməd Hüseyninin təhsilinin davamına qadağa qoyuldu və nəhayət univetsitetdən uzaqlaşdırıldı.

 

Urmu universitetinin fəal öyrəncilərinə qarşı təzyiqlərin artdığı bir dönəmdə, Seyid Əhməd Hüseyni universitetin Çəmran zalında (talar) 2 dəqiqəlik çıxışından sonra, inzibati komitənin hökmü əsasında universitetdən uzaqlaşdırılıb.

 

2010-cu il dekabrın 7-də (1389-cu il azərin 16-da) çıxış edən adını çəkdiyimiz öyrənci fəalın təhsili 2 il təxirə (təliq) salınmışdır. O, nəhayət 2012-ci il iyulun 2-i (1391-ci il tirin 12-i) universitetdən uzaqlaşdırıldı.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar