SON XƏBƏRLƏR

Bakıda İran səfirliyi önündə aksiya

2021.10.20, 07:36
Bakıda İran səfirliyi önündə aksiya

Gunaz.tv

İran səfirliyi önündə aksiya

Həbsdə olan gənc şairlərin azadlığa buraxılması tələb edildi. Aksiya Sabir bağından başlayaraq, İran səfirliyinin binası önünədək davam edib. Aksiyada 50 nəfərə yaxın gənc iştirak edib, onlar İranda həbsdə saxlanılan Şəhriyar Hacızadə və Fərid Hüseynin azadlığa buraxılmasını tələb ediblər. Səfirliyin qarşısına polis qüvvələri gəlib. Aksiya iştirakçıları gənc şairlərin azadlığa buraxılması ilə bağlı tələblərini səsləndiriblər, plakatlar qaldırıblar. Polis aksiya iştirakçılarını səfirliyin qarşısından uzaqlaşdırıb. Qeyd edək ki, Azərbaycan vətəndaşları olan şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn bu ilin mayında Tehranda casusluq fəaliyyətində şübhəli bilinərək saxlanılıblar.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar