SON XƏBƏRLƏR

Kofi Annan Təkrar Suriyada

2021.10.20, 07:36
Kofi Annan Təkrar Suriyada

Gunaz.tv

Kofi Annan Təkrar SuriyadaGünazTV: BM Suriya xüsusi nümayəndəsi Annanın sözcüsü Əhməd Fevzi, etdiyi yazılı açıqlamada, Suriya Dövlət Başçısı Beşşar Əsed ilə görüşmələk üçün  Suriyaya gedən Annanın, paytaxt Şama çatdığını ifadə etdi.

Açıqlamada, Annanın proqramına bağlı məlumat verilmədi.Suriyada 16 aydan bəri sürən və aktivistlərə görə, indiyə qədər 14 mini aşan insanın həyatını itirməsinə səbəb olan böhranı sona çatdırmaq üçün hazırlanan ən əhəmiyyətli beynəlxalq planın memarı olan Annan, bir gün əvvəl verdiyi müsahibədə, uluslarası cəmiyyətinin, Suriyada gedərək artan şiddətə siyasi bir həll tapma istiqamətindəki cəhdlərinin müvəffəqiyyətsizliklə nəticələndiyini ifadə etmişdi.Annanın 6 maddədən ibarət olan planı əvvəlcə aprel ayının ortasından etibarən hökumət gücləriylə Əsed rejimini aşırtmaq istəyən Suriyalı müxaliflər arasında bir atəşkəs elan edilməsini nəzərdə tuturdu. Ancaq tərəflər arasında atəşkəs təmin edilə bilməməsi səbəbiylə plan həyata geçiriləməmişti.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar