SON XƏBƏRLƏR

Suriyada toqquşmalarda daha 83 nəfər öldürülüb

2021.10.20, 07:36
Suriyada toqquşmalarda daha 83 nəfər öldürülüb

Gunaz.tv

GünAz TV: Suriya ordusu ilə müxalifət qüvvələri arasında toqquşmada çox sayda dinc insan həyatını itirib.

Suriya İnsan Haqları Təşkilatından verilən açıqlamada qeyd olunur ki, hakimiyyətə sadiq hərbiçilərin ağır silahlarla həyata keçirdiyi əməliyyatlarda onlarla dinc sakin həyatını itirib: “Ölənlərin əksəriyyəti paytaxt Dəməşqin payına düşür. Dəməşqdə 36 nəfər (9 nəfəri eyni ailənin üzvü olmaqla), Hələbdə 9, Derada 8, İdlib və Həmada 5 nəfər olmaqla ölkə üzrə ölənlərin sayı 83 nəfərə çatıb”. Bu barədə Lent.az “Haber365.com” saytına istinadən məlumat yayıb.

Qeyd edək ki, Dəməşqdə 3 partlayışın baş verməsi nəticəsində ölən və yaralanalar haqqında məlumat verilməyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar