SON XƏBƏRLƏR

İranın dünya siyasətində heç bir çəkisi yoxdur

2021.10.20, 07:36
İranın dünya siyasətində heç bir çəkisi yoxdur

Gunaz.tv

GünAz TV: Politoloq (siyasətçi) Qabil Hüseynli qeyd edib ki, İran üçün Azərbaycanda səfir saxlamaq əvvəlkindən daha vacibdir.  

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən İranın Azərbaycandakı səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Bir müddət əvvəl isə o, məsləhətləşmələr üçün geri çağırılmışdı. Hətta mətbuatda onun geri qayıtmayacağı ilə bağlı fikirlər səslənmişdi.

Bəs İran Azərbaycana yeni səfir göndərməyə və yaxud bu məsələni gecikdirə bilərmi?

Publika.Az-a açıqlamasında politoloq (siyasətçi) Qabil Hüseynli bunu mümkünsüz hesab edir.

Onun fikrincə, bütün dünyanın qınaq obyekti (mövzusu) olan İran rejiminin belə bir addımla kiməsə ibrət verməsi gülünc görünə bilər. Politoloq hesab edir ki, belə bir addımın böyük dövlətlər tərəfindən atılacağı halda narahat olmağa dəyər:

“İran Azərbaycana növbəti səfirini göndərsin və yaxud göndərməsin, bu nəyi dəyişəcək ki? İran bunu etməklə nəyə nail olacaq? Bunu ABŞ (Amerika Birləşmiş Ştatları) etsə, düşünməyə dəyər. İranın dünya siyasətində heç bir çəkisi yoxdur”.

Qabil Hüseynli qeyd edib ki, İran üçün Azərbaycanda səfir saxlamaq əvvəlkindən daha vacibdir:

“İki ölkə arasında münasibətlərin yaxşı olmadığı məlumdur. İrana səfir indi daha çox lazımdır ki, kollektivi başına toplasın, ölkəsi üçün lazım olan informasiyaları əldə etsin və molla rejiminə göndərsin”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar