SON XƏBƏRLƏR

Moskvadan müharibə təhdidi

2021.10.20, 07:36
Moskvadan müharibə təhdidi

Gunaz.tv

GünAz TV: Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Suriya ilə bağlı mövqeyinin böyük bir müharibəyə səbəb ola biləcəyini söyləyib.

 Berlində həmkarı Guido Vestervillə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Lavrov qərb ölkələrinin mövqeyinin vəziyyəti daha da gərginləşdirdiyini deyib: "Nəticədə gərginlik daha da artacaq və böyük bir müharibə başlayacaq". Suriyaya xarici hərbi müdaxiləyə imkan verəcək hər hansı planı dəstəkləmələrinin mümkünsüz olduğunu qeyd edən Lavrov Əsədə siyasi sığınacaq verməyi də düşünmədiklərini bildirib: "Rusiyanın belə bir planı yoxdur. Suriya xalqı özü buna qərar verməlidir".

 Lavrov Almaniyanın baş naziri Anjela Merkelən Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Moskvadan Əsədə siyasi sığınacaq haqqı verməsini istədiyini, ancaq Putinin bunu zarafat kimi qəbul edərək "Asandırsa, siz alın" dediyini söyləyib.

 Rusiyanın xarici işlər naziri qeyd edib ki, Suriyada rejim dəyişikliyi gündəliyə gələrsə, bundan bir neçə yüz insan deyil, yüz minlərlə insan zərər çəkəcək.

Lavrov gələn həftə Moskvada Suriya müxalifətinin nümayəndələrini qəbul edəcəyini də xatırladıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar