SON XƏBƏRLƏR

Klinton Suriya böhranı ilə bağlı Rusiya və Çini kəskin tənqid edib

2021.10.20, 07:36
Klinton Suriya böhranı ilə bağlı Rusiya və Çini kəskin tənqid edib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Rusiya və Çinin Suriya böhranının sülh yolu ilə həllinə mane olması səylərini qəbuledilməz adlandırıb.

 Əsəd hökumətinin opponentlərini (müxaliflərini) dəstəkləyən hökumətlərin Paris görüşü zamanı xanım Klinton deyib ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) Dəməşqə qarşı iqtisadi sanksiyalar (təhrimlər) tətbiq etməlidir.

 Dövlət katibi Suriya xalqının dostlarının dəstəklənməsinin kifayət etmədiyini dilə gətirib. O deyib ki Rusiya və Çini Suriya xalqına dəstək verməyə çağırmaq deyil, onlardan bunu tələb etmək lazımdır.

 Rusiya və Çin dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya qarşı ölçülərinə veto qoyub. Lakin onlar hakimiyyətin tədricən dəyişdirilməsinə razılıq verib.

 ABŞ dövlət katibi Hillari Klinton isə bunun BMT və Ərəb Birliyinin sülh təkliflərinə uyğun olmadığını bildirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar